Bu subbakalavrlara yeni ŞANS verildi

Ali və ya orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün müəyyən olunmuş tarixlərdə qeydiyyatdan keçməyən abituriyentlərə (subbakalavrlara) yenidən imkan yaradılır.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin, eləcə də tam (11 illik) orta təhsil bazasında ali və ya orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq üçün qabiliyyət imtahanlarına qeydiyyat linkləri 2-3 sentyabr tarixlərində yenidən aktiv edilir.

Əvvəlki qeydiyyat tarixlərində qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçib imtahan komissiyalarını təsdiq etmiş abituriyentlər (subbakalavrlar) qeydiyyatdan keçə bilməzlər.

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat linki;

ali və ya 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat linki.

Musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir. Buraxılış vərəqələri qeydiyyat prosesi başa çatandan sonra Mərkəzin saytına yerləşdiriləcək.

Xatırladaq ki, 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat 24 iyul – 18 avqust, ali və ya 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə isə 7 – 21 avqust tarixlərində həyata keçirilib.

COP29