!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu Suriya üçün qisasdır” – Paris terrorunun şok səbəbi -FOTOLAR

!Reklam – Yazi

54852Fransa paytaxtı şənbə günü gecəsi terror hücumlarının seriyasına məruz qalıb. Hücumların qurbanlarının sayının artıq 160-a çatdığı bildirilir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, terror aktları eyni zamanda 7 müxtəlif yerdə həyata keçirilib.

Terrorçular 4 müxtəlif yerdə insanlara atəş açıblar, “Bataklan” konsert salonunda insanlar girov götürülüb, “Stad de Frans” futbol meydanının yaxınlığında isə 3 partlayış olub. Terror aktının məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. Polis 7 terrorçunu zərərsizləşdirib. Onlardan 3-ü kamikadze olub. 4 terrorçu güllələnib. Hazırda sağ qalan terrorçuların axtarışı davam etdirilir.

Fransa prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi və dövlət sərhədlərinin başlanması ilə bağlı göstəriş verib. Bir çox ölkələr Fransaya yardımlarını təklif ediblər.

Əvvəlcə naməlum adamlar Parisin 10-cu dairəsinin restoranlarından birində atəş açıblar. Daha sonra terrorçular Amerika rok qrupunun konsert keçirdiyi “Bataklan” teatrında təxminən 100 insanı girov götürüblər. Terrorçular heç bir tələb irəli sürmədən onları güllələməyə başlayıb. Tamaşaçıların bir hissəsi qaçmaqla xilas olmağa imkan tapıb. Şahidlərin sözlərinə görə, hücum edənlərdən biri “Bu Suriya üçündür!” deyərək qışqırıb. Fransa prezidenti Fransua Olland, ölkənin baş naziri, daxili işlər və ədliyyə naziri teatr binasına baş çəkiblər. Olland xalqa müraciətində baş verənlər haqda danışmağa çətinlik çəkdiyini deyib: “Bu faciədir. Əlbəttə ki, məyusuq və müəyyən qədər qorxmuşuq. Terrorçular bizi qorxutmaq istədi və buna nail oldular. Lakin biz millət olaraq özümüzü qorumağı bacarırıq”.

Eyni zamanda yayılan informasiya görə, naməlum adamlar teatr binasını mühasirəyə alan hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəşi açıblar. Hadisə baş verən vaxt Fransa prezidenti Fransua Olland “Stad de Frans” stadionunda Fransa-Almaniya yoldaşlıq oyununu izləyirmiş.

Məlumata görə, partlayışlardan ikisi stadionunun yanında və Parisin 11-ci dairəsində yerləşən barda kamikadzelər tərəfindən törədilib. “Monde” nəşri bildirib ki, üç kamikadze özünü “Stad de Frans” stadionunda partladıb.

Daha sonra informasiya çıxıb ki, terrorçulardan bir neçəsi Sena çayının sağ sahilindəki yerləşən restoranların ziyarətçilərini atəşə tutub.

Paris meriyası paytaxt sakinlərinə təcili olaraq evlərinə qayıtmağı və evlərini tərk etməməyi məsləhət görüb. Qurbanlar və yaralıların sayı çox olduğu üçün Paris xəstəxanaları fövqəladə iş rejiminə keçib.

Olland bildirib ki, səhər saatlarında Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək. Parisdə terror aktlarına görə, prezident noyabrın 16-da Türkiyədə keçirilməsi nəzərdə tutulan G-20 Liderlər Zirvəsində iştirakdan imtina edib.

“Reuters” agentliyi Fransa Xarici İşlər Nazirliyinə istinadən bildirib ki, Paris terror aktlarına görə, ölkədə nəqliyyat əlaqəsinin kəsilməsi planlaşdırılıb. “Aeroportlar işləməyə davam edəcək. Hava yolları və dəmir yolu xidmətlərinin reyslərinin təhlükəsizliyinə zəmanət veriləcək”, – agentlik nazirliyin bəyanatından sitat gətirir.

İtaliyanın “Sky 24” telekanalı İŞİD-in bəyanatından sitat gətirib. “Bu Suriya üçün qisasdır. Bu Fransanın 11 sentyabrıdır”, – İŞİD-in bəyanatında bildirilib.

Britaniya KİV-in yazdığına görə, isə Parisdəki terror aktı iki gün əvvəl Rakkada öldürüldüyü bildirilən İŞİD-in britaniyalı cəlladı, “Cihadi Con” adlı Məhəmməd Emvazinin öldürülməsinə cavabdır.

Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun sözlərinə görə, Avropanın tarixində görünməmiş terror aktları həyata keçirmək üçün Parisdə terror zirzəmisi yaradılıb. Onun fikrincə, fransız polisi və əks-kəşfiyyatının bu zirzəmidə agenturalara malik olmadığını və terror aktlarının qarşısını ala bilmədiyini qəbul etmək lazımdır.

Korotçenko hesab edir ki, yaranmış vəziyyətdə Avropanın heç bir böyük meqapolisi təhlükəsiz hesab edilə bilməz. O, qeyd edib ki, Avropa Birliyinə qaçqınlar bəhanəsi ilə İŞİD-in yüzlərlə peşəkar terrorçusu daxil olub.

Son məlumata görə, İran prezidenti Həsən Ruhani Fransaya nəzərdə tutduğu səfəri təxirə salıb.

Yenicag.az

www.yenicag.az

1053
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv