Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.
Yenicag.az xəbər verir ki, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda ölkə ərazisindəki sürüşmə zonalarında aktivlik müşahidə olunur:
“Zığ qəsəbəsində, Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə, Abşeron rayonunun “At yalı” adlanan yaşayış massivindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı rayonlarındakı sürüşmə sahələrində də aktivlik var. Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində, gərginlik var, müəyyən yerlərdə uçqun tipli sürüşmələr qeydə alınıb. Bundan əlavə, İsmayıllı rayonunun Lahıc inzibati ərazi vahidliyinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub, hazırda aktiv fazadadır, sürüşmə kütləsi yaşayış evlərinin divarlarına çatıb. Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib”