Naxçıvan Muxtar Respublikasında taksi xidməti ilə məşğul olmuş “Nax Taxi” şirkəti ləğv olunub.
Yenicag.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Taksi şirkətinin bağlanmasının səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, “Nax Taxi” ötən ilin fevralın 9-da yaranıb. Amma şirkət cəmi 4 ay sonra fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Bugünlərdə isə “Nax Taxi” tamamilə bağlandığını elan edib.