Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu taksilərin sərnişin daşımasına icazə verilmir - FOTO

Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir.

Yenicag.az-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, regionlarımızda avtobuslar və taksi minik avtomobillərinin salonlarında şəffaf arakəsmələrin quraşdırılması işi yekun mərhələsindədir:

“Regionlarda koronavirus epidemiyası əleyhinə zəruri tədbirlər barədə maarifləndirici və məlumat xarakterli aksiyalar davam edir. Sosial məsafənin qorunması, tibbi maskalardan və əlcəklərdən istifadə edilməsinin vacib olduğunu xatırladan məlumatlar dayanacaqlarda və avtobusların salonlarında sərnişinlərə təqdim edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional şöbələri üzrə müfəttişləri sutkanın müxtəlif saatlarında dayanacaqlarda və avtobus salonlarında sərnişinləri lazım olduğu təqdirdə tibbi maskalarla təmin edirlər. Həmçinin şəffaf arakəsmələri olmayan taksi minik avtomobilləri ilə şəhərlərarası (narıncı zonaya daxil olan bölgələr istisna) sərnişin daşınmasına izn verilmir”.

www.yenicag.az

623