NATO-nun hərbi təlimləri ilə əlaqədar Almaniyanın hava məkanı qismən bağlanacaq.
Yenicag.az xəbər verir ki, bunu Almaniya Federal Aviasiya Sənayesi Assosiasiyasının baş direktoru Matias fon Randov deyib.
O bildirib ki, təlimlər iyunun 12-dən 23-dək davam edəcək:
“Buna görə sərnişinlər hava nəqliyyatında problemlərlə üzləşə bilərlər”.