Bu tarixdə bütün müavinət və sosial yardımlar ödəniləcək

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Yenicag.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.

Xatırladaq ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.