Martın 29-da 2025-ci ilin ilk Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.
Bu barədə Yenicag.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd edilib ki, bu hadisə 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Belə ki, martın 29-u saat 12:50:35-də başlayıb saat 16:43:25-də sona çatacaq.
Tutulma maksimum saat 14:48:36-da olacaq. Qismən tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq. Bu, yalnız Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.
Qeyd edək ki, Günəş tutulması adi astronomik hadisədir. Heç bir canlı üçün təhlükə törətmir.