Bu tarixdən ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək

“İyunun 10-dan ibadət yerlərinin fəaliyyəti bərpa olunacaq”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxış edən Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Şahmar Mövsümova görə, virusa yoluxma hallarının azalması karantin rejimi ilə müəyyən məhdudiyyətlərin aradan qaldırılmasına yol açıb.