“Aprelin 27-dən sonra virusa yoluxanların sayında artım müşahidə olunub”.
Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı bildirib.
İbrahim Məmmədov qeyd edib ki, hətta bu gün, yəni mayın 1-də də neqativ tendensiya müşahidə olunub:
“Neqativ nəticəyə baxmayaraq, həkimlərimizin fədakarlığı sayəsində vəziyyət nəzarət altındadır”.
Gülşən Şərif