Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə 18 və 19 iyunda keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.
DİM-dən Yenicag.az-a verilən məlumata görə, 10 və 11 iyunda keçiriləcək imtahanların qrafiki daha əvvəl elan edilib. 18 və 19 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür.
Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.
Qeyd edək ki, hər hansı bir səbəbdən 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
Xatırladaq ki, 10, 11, 18, 19 iyun tarixlərində şəhər və rayonlara uyğun:
• 9-cu sinif üzrə buraxılış imtahanları;
• 11-ci sinif üzrə buraxılış imtahanları;
• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;
• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
Tarix/İmtahan* | 10.06.2020 | 11.06.2020 | 18.06.2020 | 19.06.2020 |
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı |
Xətai Sumqayıt (I hissə) Qazax Şəki Cəlilabad Göyçay Ağdaş Qusar Qobustan |
Nərimanov Abşeron (I hissə) Ağstafa Qəbələ Masallı Kürdəmir Ağsu Şabran |
Qaradağ Goranboy Göygöl Sabirabad Salyan Tovuz Gədəbəy Lənkəran Lerik Ağdam, Beyləqan, Hacıqabul |
Pirallahı Mingəçevir Samux İmişli Neftçala Şəmkir Astara Yardımlı Tərtər Füzuli Biləsuvar İngilis/ fransız bölmələri |
Azərbaycan dili (dövlət dili) imtahanı -Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün |
Qaradağ Şirvan Goranboy Göygöl Daşkəsən Salyan Saatlı Bərdə (I hissə) Ağcabədi Beyləqan Siyəzən Xızı |
Pirallahı Mingəçevir Samux Naftalan Neftçala Hacıqabul Tərtər Ağdam Füzuli |
Xətai, Sumqayıt (I hissə) Zaqatala Qax, Göyçay Ağdaş Xaçmaz |
Nərimanov (Bakı) Abşeron (I hissə) Balakən Oğuz Kürdəmir Quba |
– 9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı – 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı |
Goranboy Göygöl Daşkəsən Salyan Saatlı Bərdə (I hissə) Ağcabədi Beyləqan Siyəzən Xızı |
Mingəçevir Samux Naftalan Neftçala Hacıqabul Tərtər Ağdam Füzuli |
Sumqayıt (I hissə), Zaqatala Qax Göyçay Ağdaş Xaçmaz Qobustan |
Abşeron (I hissə) Balakən Oğuz Kürdəmir Ağsu Quba |
01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin məzunları üçün qəbul imtahanı |
Qaradağ, Şirvan | Pirallahı | Xətai | Nərimanov |
Azərbaycan dili (dövlət dili) imtahanı –
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif – 9 illik təhsil bazasında kolleclərə ərizəsini |
Xətai Sumqayıt (I hissə) Qazax Şəki Cəlilabad Göyçay Ağdaş Qusar Qobustan |
Nərimanov (Bakı) Abşeron (I hissə) Ağstafa Qəbələ Masall Kürdəmir Ağsu Şabran |
Qaradağ Goranboy Göygöl Sabirabad Salyan Tovuz Gədəbəy Lənkəran Beyləqan Hacıqabul |
Pirallahı Mingəçevir Samux İmişli Neftçala Şəmkir, Astara Tərtər Biləsuvar İngilis/ fransız bölmələri |
Qeydlər:
– Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
– Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissələr adlandırılıb.
– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
– Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcəkdir.
– İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.