!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu təcrübəçilər "Xəzər TV"də işlə təmin olundular - FOTOLAR

!Reklam – Yazi

Ali təhsil ocaqları ilə əməkdaşlıq edən “Xəzər Media Mərkəzi” tələbələrə təcrübə qazanmaq fürsəti verməklə yanaşı, təcrübəçilərin işlə təminatına da müsbət yanaşır.

Yeri gəlmişkən bildirək ki, “Xəzər Media Mərkəzi”ndə təcrübə müddəti keçənlərdən üç tələbə öz arzuladıqları operator işi ilə təmin ediliblər.

Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Xanım Abullayeva Azərbaycanda çox az xanımın məşğul olduğu bu sənəti seçməsini belə izah edib:

“Çoxları məni operator kimi görəndə təəccüblənir. Lakin mənim incəsənətə, yaradıcılığa həvəsimin olması bu sahəyə gətirdi”.

44 günlük Vətən müharibəsində iştirak edən, “Laçının alınması uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilən Raul Muşarapov da “Xəzər Media Mərkəzi”ndə operator kimi çalışır, lakin o prosesləri kamera arxasında deyil, pult idarəçiliyi ilə həyata keçirir.

“Xəzər Media Mərkəzi”nin digər gənc əməkdaşı isə Xaliq Babayevdir. 5 nömrəli Bakı Peşə Məktəbinin məzunu olan operator daha çox studiyadan kənar çəkilişlərdə iştirak edir: ”Xəzər TV”də peşəkarların təcrübələrindən də yararlanmaqla öz məqsədimə doğru irəliləyirəm”.

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv