Bu təşkilat Rusiya ilə əməkdaşlığı dayandırdı

Avropa Peyk Meteorologiya Təşkilatı (EUMETSAT) Rusiya ilə əməkdaşlığı dayandırıb.

Yenicag.az xəbər verir ki, təşkilata üzv ölkələrin xüsusi şurası Rusiya ilə ikitərəfli əməkdaşlıq sazişini, o cümlədən bütün məlumat mübadiləsini və kadr hazırlığını dayandırmaq qərarına gəlib.

EUMETSAT – Darmştadtda yerləşən hökumətlərarası təşkilatdır. O, peyklərin buraxılması və istismarı, peyk məlumatlarının son istifadəçilərə çatdırılması və operativ iqlim monitorinqinin asanlaşdırılması üçün məsuliyyət daşıyır.