Uqanda məhkəməsi “TikTok” bloqçusu Edvard Avebvanı ölkə prezidenti Yoveri Museveni haqqında təhqiramiz videolar hazırladığına görə 6 il həbs cəzasına məhkum edib.
Yenicag.az bu barədə “Sahara Reporters”a istinadən xəbər verir.
Qeyd olunur ki, 24 yaşlı bloqer dövlət başçısının özü, eləcə də həyat yoldaşı və oğlu haqqında çaşdırıcı və zərərli məzmun yayıb. O, fevral-mart ayları arasında belə videolar yayımlayıb.
Tiktoker günahını etiraf edib və o məhkəmə zalındaca həbs olunub.