Bu türk ABŞ ordusuna “ATDI”: Milyardlıq qazanc – FOTO 

Türkiyəli Onur Aksoy ABŞ-də bir çox dövlət qurumunu aldadaraq milyonlarla qazanc əldə edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, saxta məhsulları dövlət qurumlarına satan Onur Aksoy həbs edilib.

19 fərqli şirkət quran Onur Aksoy Çindən saxta “Cisco” avadanlığı ABŞ-yə gətirərək onların satışını həyata keçirib və bir milyard dollar vəsait qazanıb.

Bildirilir ki, Aksoy saxta cihazları xəstəxanalar, məktəblər, dövlət qurumları və hətta ABŞ ordusuna da satıb.