Bu türk ölkəsində şagirdlərə milli yeməklər veriləcək

Qazaxıstanda orta məktəblərin menyusuna 50 milli yemək daxil ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın təhsil nazirinin müavini Nataliya Jumadildayeva deyib.

“Milli Məktəb Yeməkxanası” layihəsi çərçivəsində məktəblərin menyusuna 50 milli yemək daxil edəcək. Bu, çoxəsrlik ənənə ilə hazırlanmış, qədim təcrübənin nəticəsi olan rasiondur. Qazax məhsullarından istifadə etməklə məktəblilərin naharlarına milli mətbəxin daxil edilməsi uşaqların sağlamlığı üçün atılan mühüm addımlardan biridir”, – nazir müavini bildirib.

Onun sözlərinə görə, Astananın 6 məktəbində layihənin həyata keçirilməsinə başlanılıb.