Bu üç ölkədə xərçəngə tutulma riski yüksəkdir

Mütəxəssislər Çin, Hindistan və İndoneziyanın kömür hasilatının rekord həddə çatması barədə xəbərdarlıq ediblər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi hesabat hazırlayıb.

Bildirilir ki, dünya kömür istehsalının yüzdə 70-dən çoxu Çin, Hindistan və İndoneziyada həyata keçirilir. Hesabata görə, qlobal kömür tələbinin 2024-2025-ci illərdə pik həddə çatacağı gözlənilir.

Çində kömür istehlakının 5 faiz, Hindistanda isə 8 faiz artdığı və 2026-cı ilə qədər qlobal kömür istehlakının 8 milyard tondan çox olacağı hesabatda qeyd olunub. Bu rəqəmlər qlobal havanın çirklənməsi, rekord karbon dioksid (CO2) emissiyası və xərçəng xəstəliklərində partlayış deməkdir.

Mütəxəssislər dünyada hər il təxminən 2 milyon insana ağciyər xərçəngi diaqnozu qoyulduğuna, təxminən 1,8 milyon insanın bu xəstəlikdən öldüyünü bildiriblər. Onlar havanın çirklənməsinin ən böyük ölüm səbəblərindən birinin kömür hasilatı olduğunu bir daha vurğulayıblar.