Bu üç şəxs YAP-ın İdarə Heyətindən çıxarıldı

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.

Bu barədə Yenicag.az-a İdarə Heyətindən məlumat verib.

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Əli Həsənov (Prezidentin keçmiş köməkçisi) və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

AMEA rəhbəri Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib (R.Mehdiyev bu günədək partiyanın Siyasi Şurasının üzvü idi)

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır./Report/