Havaların soyuması ilə evləri qızdırmaq üçün xərclər də artır.
Yenicag.az xəbər verir ki, evlərində kombi sistemi olanlar daha az qaz istifadə etmək üçün ev isindikdən sonra sistemin fəaliyyətini dayandıraraq bu problemdən xilas olacaqlarını düşünürlər. Lakin bu üsuldan istifadə edərkən istilik sisteminin hər dəfə yenidən işə düşdüyü zaman xərclədiyi enerjini unudurlar. Buna görə də, sistemi işə saldıqdan sonra orta səviyyədə saxlanılması məsləhətlidir. Bundan əlavə, istilik sistemlərinin arxasına izolyasiya lövhələrinin yerləşdirilməsi ilə istiliyi daha uzun müddət qorumaq mümkündür.
Həmçinin, otaqlarda paltar qurudulması da sistemin fəaliyyətini zəiflədir və istiliyin yayılmasına mane olur.