İtaliyanın Molize bölgəsinə köçməyə razılıq verənlər 25 min avro əldə edəcəklər.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat “The Guardian” nəşri yayıb.
İnsanların Molizeyə köçürülməsinin stimullaşdırılmasının səbəbi əhalinin həmin bölgəni sürətlə tərk etməsidir. Ona görə də Molize vilayətindəki yaşayış məntəqələrinə köçəcək insanlara maddi dəstək verilməsi qərara alınıb.
Məlumata görə, vəlayətdə məskunlaşacaq yeni sakkinlərə 3 il ərzində hər həftə 700 avro veriləcək. Lakin bu vəasiti almaq istəyənlər əhalisi 2 mindən az olan qəsəbəyə köçməli və orada hər hansı iş yeri açmaq məcburiyyətindədir.
Molize vilayətinin inzibati rəhbəri Donato Toma məsələ ilə bağlı açıqlamasında bunları deyib:
“İnsanların bölgəyə sərmayə qoyub yeni iş yerləri açmalarını istəyirik. İstədikləri biznesi qura bilərlər, yəni restoran, çörək sexi, dəftərxana ləvazimatları və ya başqa bir müəssisə. Beləliklə, əhalimiz artdıqca, qəsəbələrdə həyat da canlanacaq”.
Rəsmi məlumatlara görə, 305 min əhalisi olan Molize vilayətini 2014-cü ildən bu yana 9 min sakin tərk edib.
Firuzə Alimova