Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bu vitamini çatışmayan insanlar ölə bilər – ALİMLƏR

D vitamin defisiti hazırda Azərbaycanda qlobal səviyyədə problemə çevrilib.

Yenicag.az məlumat verir ki, D vitamin əskikliyi ilə vaxtından əvvəl erkən ölüm riski arasında əlaqənin araşdırılması mövzusunda nəhəng elmi tədqiqat başa çatıb.

Alimlər Avropa Diabet Assosiasiyasının konqresində nəticələri məruzə ediblər.

Avstriya alimlər qrupu tədqiqatda 78 min qadın və kişinin tibbi məlumatlarını təhlil edib. Bu insanlar 1991-2011 illər arasında 3-4 dəfə D vitamini analizi veriblər.

Nəticələr göstərib ki, kimdə ki, bu vitamin 6-10 nmol/l və daha az idi, onlar digərlərindən daha tez vəfat etmişdilər.
Xüsusən erkən ölüm onları 45-60 yaş arasında haqlamışdı.

35-90 nmol və daha yüksək miqdarda D vitamini olanlarda isə erkən ölüm riski 40% azalıb.

75 yaşdan sonra vəfat edənlərin ölümü ilə D vitamini arasında heç bir əlaqə tapılmayıb.

D vitamini əskikliyi ürək-damar və diabet xəstələrinin ömrünü azaldır. D vitamini 20-40 arasında olan diabet xəstələri 50-65 yaş arası dövrdə daha çox faizlə ölürlər.

Bu nəticələr göstərib ki, D vitamini əhalinin sağlamlıq və erkən ölümlə mübarizə üçün vacibdir. Qanda D vitamin miqdarı norması 40-80 arasıdır. Amma hazırda istər uşaqlar, istər böyüklrədə çox insanda bu rəqəmlər ən aşağı həddə – 14- 35 arasında çıxır. Bu isə insanların ömrünün kəskin azalması deməkdir./Medicina/

www.yenicag.az

1607
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM