!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bu xəbəri eşidəndə…” - Fəxri ada görə təqaüdləri artan tanınmışlardan REAKSİYA - FOTO

!Reklam – Yazi

Prezidentin sərəncamı ilə Fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq artisti üçün 200 (iki yüz) manat, əməkdar artist üçün 150 manat məbləğ müəyyən olunub.

Yenicag.az-a açıqlama verən Xalq artisti Yasin Qarayev bu sərəncamı sənət adamlarına yüksək qayğı kimi dəyərləndirib:

“Çox sevindim. Dövlətin mədəniyyət və sənət adamlarına diqqət və qayğısıdır. Hələ yenə də çox gözəl xəbərlər gözləyirik. Bu il Heydər Əliyev ili elan olunub. Ulu öndərimiz də hər zaman mədəniyyətə, incəsənətə dəyər verən, sənət adamlarına qayğı və diqqət göstərən şəxsiyyət olub. Bu diqqət və qayğını bu gün də prezidentimizdən görürük. Minnətdarlığımı ifadə edirəm”.

Xalq artisti, tanınmış müğənni Simarə İmanova xəbəri ilk bizdən eşitdiyni bildirdi:

“Şad xəbər olasız, bilmirdim. Günün ən gözəl xəbərini sizdən aldım. Biz səsimiz və sənətimizlə hər zaman Azərbaycan musiqisini dünyada təmsil və təbliğ edirik. Bu sərəncamı da sənət adamlarına böyük diqqət və qayğı kimi dəyərləndirirəm”.

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist İlham Əsədov da bu diqqətə görə prezidentə minnətdarlığını ifadə edib:

“Səhər-səhər bu xeyir xəbəri alanda çox sevindim. Sevincimi digər həmkarlarımla bölüşdüm. Hamımız bir-birimizi təbrik etdik. Sənət adamı ona göstərilən diqqət və qayğıdan hər zaman ruhlanıb. Bu sərəncam da biz akytorları yeni-yeni gözəl tamaşalarda oynamğa, tamaşaçılarımızı gözəl obrazlarla sevindirməyə ruhlandıracaq”.

Cəvahir

www.yenicag.az

2258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv