Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bu xəritədə Zəngəzur, Göyçə və Dərələyəzin Ermənistana verilməsi faktı arxa plana keçir” - ŞƏRH

“Ümumi baxsaq, Rusiyanın bu işdə maraqlı olduğu və prosesin məntiqi sonluğa yaxınlaşdığı görünür”.

Bu fikirləri Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsinə yönəlik cəhdlərin mümkün nəticəsini dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın sərhədlərin müəyyənləşdirilməsi prosesindəki moderatorluğunun nə dərəcədə obyektiv olacağı hələ aydın deyil:

“Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı Putin öncə bildirmişdi ki, 20-ci illərin əvvəllərində hazırlanmış xəritəyə istinad olunacaq. İndi isə çalışırlar ki, 1975-ci ildən sonra işlənmiş topoqrafik-hərbi xəritələr əsas götürülsün.

Bu halda Zəngəzur, Göyçə, Dərələyəz və başqa ərazilərimizin Ermənistana verilməsi faktı arxa plana keçir. Amma o xəritə əsasında Qazax rayonuna məxsus üç min hektar ərazinin Ermənistana verildiyi isbat olunacaq. Yəni vəziyyət hələlik belədir.

Bu məsələnin öz həllini tapmasında Rusiyanın maraqlı olduğunu söyləmək mümkün olsa da, Moskvanın sərhədlərin müəyyənləşdirilməsi prosesindəki moderatorluğunun nə dərəcədə obyektiv olacağı və reallığı əks etdirəcəyi hələ aydın deyil. Ümumi baxsaq, Rusiyanın bu işdə maraqlı olduğu və prosesin məntiqi sonluğa yaxınlaşdığı görünür”.

A.Zeynalov

www.yenicag.az

601
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100