Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji klinikasında tibbi tullantılar daşınaraq zərərsizləşdiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az klinikadan məlumat əldə edib.
Bildirilib ki, burada söhbət Onkoloji Klinikada yaranan B və C sinfinə aid tullantıların daşınması və zərərsizləşdirilməsindən gedir.
Qeyd edək ki, müalicə-profilaktika müəssisələrində B sinfinə aid olanlar təhlükəli, C sinfinə aid olanlar isə xüsusi təhlükəli tullantılar hesab olunur. Bu iki sinfə aid tullantılar termiki üsulla zərərsizləşdirilən xüsusi qurğularda məhv edilir. Qanunvericiliyə görə, B və C sinfinə aid tullantılar hökmən termiki zərərsizləşdirilməlidir.