Bu yay çimərliklərin fəaliyyətinə icazə veriləcək

“İyunun 10-dan başlayaraq çimərliklərin fəaliyyətinə icazə veriləcək”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxış edən Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Şahmar Mövsümova görə, virusa yoluxma faktlarının azalması normal həyata qayıdışa əlverişli şərait yaradır.

Gülşən Şərif