!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yayın dəniz faciəsi: boğulub ölənlərin sayı açıqlandı

!Reklam – Yazi

Bu gündən çimərlik mövsümü başa çatır.

Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 42 nəfər suda boğularaq ölüb. 92 gün ərzində 204 nəfər suda boğulmaqdan xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Sumqayıtda 13, Mingəçevirdə 11, Xaçmazda 4, Lənkəranda 3, Neftçalada 1, Şirvanda 7, Yevlaxda 2, Abşeronda 5 və Bakıda 148 batmaq təhlükəsi olan şəxsi xilas edib. Həmçinin 10 iyul 2017-ci il tarixində günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 10 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Cəlilabadda 1, Yevlaxda 2, Şirvanda 1, Neftçalada 2, Gədəbəydə 1, Sumqayıtda 3, Xaçmazda 2, Qusarda 1, Bərdədə 1, Abşeronda 4, Sabirabadda 1, Hacıqabulda 2, Bakıda 11, İmişlidə 2, Mingəçevirdə 1, Xızıda 1, Ağstafada 3, Qubada 1, Qazaxda 1, Saatlıda 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Qeyd edək ki, 15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib. Çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olub.

 

www.yenicag.az

980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv