Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bu yeməklər xərçəng və infartk riskini artırır - SİYAHI

Ən sevilən “fast-food”lardan olan kartof qızartmasının orqanizmə mənfi təsir etdiyini bilirsinizmi?

Dondurulmuş qidalar ürək və diabet xəstəliyinə, hətta bədəndəki hüceyrələrin məhv olmasına səbəb ola bilir. Bəs dondurulmuş qidaların digər təsirləri barədə məlumatınız varmı?

Diabet

Yenicag.az medicina.az-a istinadən bildirir ki, nişasta donmuş qidaları təzə saxlamaq üçün istifadə edilir. Eyni zamanda, yeməyə dad verir. Nişasta böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidratdır. Orqanizm bu qlükozanı həzm etməzdən əvvəl şəkərə çevirir. Həddindən çox şəkər qəbul etmək diabet xəstəliyinə tutulma riskinizi artırır, həmçinin, hüceyrələrə zərər verir.

Ürək xəstəliyi

Dondurulmuş qidalar trans yağları ilə zəngindir. Bu, ürək xəstəliyinə tutulma riskini artırır, damar tıxanmasına stimul verir. Trans yağlarda xolestren səviyyəsi yüksəkdir. Bəzən dondurulmuş qidalarda daha çox duz var. Bu da xolesterin səviyyəsini və qan təzyiqini qaldırır.

Təzyiqi yüksəldir

Şəkəri və duzu çox olan donmuş qidalar qan təzyiqinə mənfi təsir edir.

Xərçəng riski

Araşdırmalar onu göstərir ki, donmuş qidalar, xüsusilə ət mədəaltı vəzi xərçənginə yol açır. Ümumilikdə isə konservləşdirilmiş və dondurulmuş qidalar xərçəng riskini 65 faiz artırır.

www.yenicag.az

938
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM