Sabah səhər saatlarından Bakının Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsindəki yerüstü piyada keçidindən Biləcəri-Baksol yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Bu barədə Yenicag.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.
Məlumata görə, məhdudlaşma asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır.
“Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarına qədər tətbiq ediləcək”, – deyə məlumatda qeyd edilib.