Bu yol bağlanır

1375422086_masin_yolu_000 (1)Bu gün Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  verilən məlumata görə, bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti – Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Səbəb isə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti – Kənar yollardan istifadə etmələri tövsiyə olunur.