!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yol da bağlanır

!Reklam – Yazi

neqliyyat(2)0Bakının əsas prospektlərindən birinin təmirinə başlanacaq.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yaxın günlərdə Bakı şəhəi, Nizami rayonu, Qara Qarayev prospektində təmir işlərinə başlanacaq. Qapra Qarayev prospekti Neftçilər metrosu, 8 km bazarı, Xalqlar Dostluğu metrosunun qarşısından keçir, onları birləşdirir. Bakının əsas hərəkət intensivliyi olan prospektlərindən biridir. Prospektin bir qismi bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilib. “Azəravtoyol” ASC isə prospektin qalan qisminin təmir işlərini həyata keçirəcək. A. Nəcəfli deyib ki, “Azəravtoyol” ASC Qara Qarayev prospekti ətrafındakı yolların əksəriyyətini təmir edib: “Hazırda prospektlə kəsişən Rüstəm Rüstəmov küçəsində təmir işləri gedir, bu küçənin uzunluğu 3,7 km-dir. Qara Qarayev prospekti ətrafındakı Mikayıl Əliyev, Bəkir Çobanzadə, Mehdi Abbaosv və Naxçıvani küçələri də təmir edilib. Qara Qarayev prospektində təmir dövründə prospektdə nəqliyyatın hərəkəti tam deyil, qismən məhdudlaşdırılacaq. Ümumiyyətlə, “Azəravtoyol” ASC təmir işləri apararkən yolları tam bağlamır. Əsas məqsəd odur ki, yol təmir olunsun, təmirdən sonra nəqliyyat vasitələri normal hərəkət edə bilsin. Təmir zamanı da prospekt hissə-hissə bağlanacaq ki, nəqliyyatın hərəkəti tam dayanmasın”.(APA)

www.yenicag.az

699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv