!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu yol ilə ermənilərin silah-sursat daşıması mümkünsüzdür" - Hərbi ekspert ŞƏRHİ

!Reklam – Yazi

“Artıq Xəlifəli yolu ilə erməni tərəfinin silah-sursat daşıması mümkünsüz olacaq”.

Bu sözləri Xəlifəli yolunda keçirilmiş əməliyyatı dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan ordusu sonuncu əməliyyatdan dərs çıxarıb:

“Bundan əvvəlki əməliyyat uğursuz nəticələnmişdi. Bu da onun nəticəsində baş vermişdi ki, əməliyyata ciddi şəkildə hazırlıq olmamışdı. Bu cür əməliyyatlar olduqca ciddi analiz, təhlil, kəşfiyyat məlumatı tələb edir.

Çox güman ki, ötən əməliyyatdan nəticə çıxarılıb. Bildiyim qədər əməliyyatı komandolar həyata keçirib. Bu əməliyyat çox yüksək səviyyədə həyata keçirildi. Bundan əlavə, baş vermiş əməliyyatdan əvvəl ciddi şəkildə informasiya müharibəsi aparıldı, cəmiyyət baş verəcəklərlə bağlı aydınladıldı.

Azərbaycan ordusu Xəlifəli yolu istiqamətində 4 postu işğaldan azad etdi. Bu o anlama gəlir ki, artıq Xəlifəli yolu ilə erməni tərəfinin silah-sursat daşıması mümkünsüz olacaq. Hamını narahat edən məsələ sülhməramlıların Azərbaycan ordusunun geri çəkilməsini tələb etməsi idi. Bildiyimiz kimi, indiyə qədər bütün məntəqələrdə bu proses baş verib, ancaq Azərbaycan ordusu tutduğu mövqeləri tərk etməyib. İndi də bu baş verməyəcək. Sülhməramlılar gəlib nəsə təklif edə bilər, ancaq bunu fiziki şəkildə, güc tətbiqi edəcəkləri inandırıcı deyil. Ermənistan tərəfi Beynəlxalq Cinayət Məhkəməsinin bütün tələblərini yerinə yetirəcəyini bəyan edib. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi yaranmış vəziyyətdən istifadə edərək çevik addım atıb. Bu məsələlərin davam edəcəyini düşünürəm. Uğurlu əməliyyat keçirən komandirləri və döyüşçülərimizi təbrik edə bilərik”.

Səxavət Məmməd

www.yenicag.az

1831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv