Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bu yolda hərəkət 3 günlük məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu ərazisindəki Balaxanı-Binəqədi yolunda (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 8-dən etibarən qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – avqust ayının 11- nə kimi qüvvədə olacaq.

“Azəravtoyol” sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

Yenicag.az

www.yenicag.az

206