Bu yolda hərəkət bərpa olundu

Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində hərəkət bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, Astara rayonunda yağan güclü yağış nəticəsində yaranan sel sularının qəzalı vəziyyətə saldığı körpünün yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Məlumata əsasən, 8 metr uzunluğa malik körpü Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində yerləşir. Təbii fəlakət nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranmışdı. Əraziyə dərhal agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Qısa müddət ərzində qəzalı vəziyyətə düşmüş körpüdə müvəqqəti piyada yolu açılıb.