Bu yolda hərəkət məhdudlaşdırılacaq

26 oktyabr saat 08:00-dan etibarən Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun Əjdər Məlikov küçəsi ilə kəsişməsində aparılan təmir-bərpa işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 500 metr məsafədə tam olaraq məhdudlaşdırılacaq.

Yenicag.az xəbər verir ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

COP29