Bu yolda hərəkət məhdudlaşdırılacaq

6 iyul saat 07:00-dan 7 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir.

COP29