Bu yolda hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən bir ay yarım müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.

Yenicag.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi göstərilənləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.

 

COP29