Bu yolda hərəkət məhdudlaşdırılır

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-3Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq dekabrın 9-dan Zığ-Hava limanı avtomobil yolunun (beton yol kimi tanınan) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağından 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq.

Nəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.