!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yolda hərəkət qismən məhdudlaşdırılır

!Reklam – Yazi

Sumqayıtdan VAZ dairəsi istiqamətində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yeenicag.az-a verilən məlumata görə, avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin aparılmasına start verilib.

Bununla əlaqədar olaraq Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşma tədbirlərinə 29 sentyabr tarixindən başlanılacaq.

Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı, Sumqayıt-Saray və Sumqayıt Dairəvi avtomobil yollarından istifadə edə bilərlər.

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv