Bu yolda sürət həddi azaldıldı

171334_res_01Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı zolaqda 80 km/saatdan 60 km/saata endirilib.

Zığ dairəsi-Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.