Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq bəzi yollarda sürət həddi 20 km/saat endirilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Yenicag.az-a verilən məlumata əsasən, eyni zamanda bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.