Bu yolda xətlənmə işləri gedir

Bakı şəhəri, Suraxanı rayonu Əhməd Mehbalıyev küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, işlər Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.