Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bu yollar bağlanır

Bu gün gecə saatlarından başlayaraq sabah axşam saatlarına qədər Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Yəhyə Hüseynov küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Məhdudiyyət sözügedən küçənin Məmməd Səid Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməsinə qədər (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

www.yenicag.az

5168