Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu yollar bağlanır - Avtobusların marşrut xəttində dəyişiklik

Aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan mayın 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin “Biləcəri enişi” adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu məhdudiyyətlə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutlarin hərəkətində dəyişiklik olunacaq.

Bakı Nəqliyyat Agentliyindən Yenciag.az-a verilən məlumata görə, 2, 7A, 13, 14, 29, 37, 59, 96 nömrəli marşrutların hərəkət istiqaməti “Ekologiya” postunun yaxınlığından geriyə dönməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə təşkil ediləcək. 114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər. 130, 142, 117, 158 nömrəli marşrutların hərəkəti isə ətraf qəsəbələr istiqamətində hərəkət edərkən “Şamaxinka dairəsi” adlanan ərazidən keçməklə təşkil ediləcək. Bundan əlavə, 67, 83, 92 nömrəli marşrutlar Biləcəri qəsəbəsi istiqamətində Biləcəri dairəsinə daxil olmadan R.İsmayılov, Y.Hüseynov, 91 nömrəli marşrut isə Q.Süleymanov, R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcək.

Loading...

www.yenicag.az

2471
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100