Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.
Yenicag.az Mərkəzin məlumatını təqdim edir:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
5. Binəqədi şosesi, Azadlıq prospekti metrostansiyası istiqamətində;
6. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.