!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yollarda təmir gedir

!Reklam – Yazi

Sabunçu rayonu üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır.

Yenicag.az-ın məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi General Səmədbəy Mehmandarov prospekti üzrə mərkəzi yol yenidən qurulur.

Ramana qəsəbəsinin Elşən Məhərrəmli küçəsinin 27 min kv.m sahəsində təmir-bərpa işləri görülür. “Savalan” yaşayış massivinin də yollarının vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün burda da təxirəsalınmaz tədbirlərə start verilib.

Yaxın müddət ərzində isə Sabunçu rayonu, Maştağa qəsəbəsində Mirəli Mirəliyev, Sabunçu qəsəbəsində İlyas Aslanov və Zabrat qəsəbəsində Qazi Məmməd küçələrində də təmir-tikinti işlərinə start veriləcək.

www.yenicag.az

3957
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv