Bu yollarda tıxac var: Avtobuslar gecikir – SİYAHI

Hazırda Ziya Bünyadov prospekti hər iki istiqamətində, Moskva prospekti mərkəz istiqamətində, Heydər Əliyev prospekti kənar yolda, Babək prospekti H.Əliyev prospekti istiqamətində, Binəqədi şossesi mərkəz istiqamətində, Y.Səfərov küçəsi Üzeyir Hacıbəyov küçəsi istiqaməti, Koroğlu Rəhimov küçəsi, Şah İsmayıl Xətai prospekti, Afiyəddin Cəlilov küçəsi, Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agnetliyindən Yenicag.az-a verilən məlumata görə, qeyd olunan yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.

Fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edirik.