Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Bu, Zəhranın ruhuna yad mövqedir" - Füzuli İcra Hakimiyyətindən münasibət  

Ermənistan ordusunun təxribatı nəticəsində Füzulinin Alxanlı kəndində şəhid olan 18 aylıq Zəhranın ailəsi adıçəkilən rayonun İcra Hakimiyyəti tərəfindən aldadıldığını bildirib.

Yenicag.az xəbər verir ki, ailənin iddiasına görə, rayon İcra Hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.

Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.
Məsələ ilə bağlı Qənimət Əliyevlə də əlaqə saxladıq. Yenicag.az saytına açıqlama verən qurum rəsmisi ortada ciddi anlaşılmazlığın olduğunu bildirdi:

“Bu, Zəhranın ruhuna yad mövqedir. Burada ciddi anlaşılmazlıq var. Biz həmin ailə ilə söhbət etmişik. Bizə torpaqlarını atıb, getməyəcəklərini bildiriblər. Hazırda həmin evdə 3 nəfər yaşayır və mənzil şəraitləri də yaxşılaşdırılıb. İcra hakimiyyəti tərəfindən digər şəhid ailələri kimi onlara da qayğı göstərilir. Biz bu mövqe ilə razılaşmırıq. Bir daha bəyan edirəm ki, burada ciddi anlaşılmazlıq var. Bizimlə bağlı belə bir müraciətin daxil olduğuna inanmıram”.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

384
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM