Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Büdcə layihəsi yüksək fəaliyyətin göstəricisidir” – Siyavuş Novruzov

Reklam: Sinerji Pro

“Cənab prezidentin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar düzgün istiqamətdə gedir”.

Yenicag.az xəbər verir ki, bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsində çıxışı zamanı deyib.

Siyavuş Novruzov bildirib ki, büdcənin komitələrdə müzakirəsi zamanı 37 millət vəkili çıxış edərək, fikirlərini deyib və yəqin ki, söylənən fikirlər nəzərə alınacaq.

Daha sonra millət vəkili çıxışı zamanı YAP-ın təsis olunmasının 25 illiyi münasibətilə partiya qurucularını da təbrik edib.

Bu il həyata keçirilən iki böyük layihədən danışan millət vəkili “Əsrin müqaviləsi”nin müddətinin uzadılması və “Bakı-Tiflis-Qars” dəmiryol xəttinin Azərbaycanın həyata keçirtdiyi böyük layihələrin daha bir uğurlu nümunəsi olduğunu qeyd edib.

O, büdcə layihəsini yüksək fəaliyyətin göstərici kimi qiymətləndirib. Sonra deputat İran və Azərbaycan arasında olan “Rəşt-Astara” dəmiryol xəttinin tikintisinə də dövlət tərəfindən vəsait ayrılması təklifi ilə çıxış edib.

Sonda rayonlarda müəyyən obyektlərin, idman komplekslərinin tikintisinin və onların xərclərinin dövlət tərəfindən ödənildiyi məsələsinə toxunan millət vəkili həmin obyektlər üçün mexanizm yaradılmasını təklif edib. O, bildirib ki, bu yolla xərclər obyektlərin özləri tərəfindən ödəniləcək.

A. Zeynalov

www.yenicag.az

1338
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM