!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Büdcə oğruları öz cəzalarını almalıdırlar" - Millət vəkili

!Reklam – Yazi

“Axı nəyə görə fəaliyyətində pozuntular olan məmurlar haqqında heç bir tədbir görülmür?”

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün baş tutan yaz sessiyasının növbəti plenar iclasında Hesablama Palatasının hesabatı təqdim olunan zaman çıxış edən millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının sözlərinə görə, hesabat ümumilikdə müsbət qiymətləndirilməlidir, ancaq orada bir sıra məqamların öz əksini tapmasına ehtiyac var:

“Mənim diqqətimi əsas bir məqam cəlb edir. Burada ilkin müzakirə zamanı və sonra da məmurların maliyyə pozuntularına yol vermələri haqqında danışmışıq. Bu məlumatlar Hesablama Palatasının hesabatında da əks olunub. Büdcədən oğurlanan pullar yerinə qaytarılıb. Çox maraqlıdır ki, maliyyə pozuntularına yol verən məmurlar barəsdə heç bir tədbir görülmür. Bunu başa düşmək çətindir. Hesab edirəm ki, büdcə vəsaitlərini qanunsuz istifadə edən məmurlar barəsində tədbirlər görülməli, büdcə oğruları öz layiqli cəzalarını almalıdırlar”.

A. Zeynalov

www.yenicag.az

5614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv