Tailandda monastırların birində Buddanın 12 metrlik heykəli insanların üzərinə düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb .
Bildirilir ki, rahiblər Amnatçaren əyalətindəki monastırda 12 metrlik heykəl quraşdırıblar. Onlar beton əsasdan qəlibləri çıxararkən Buddanın heykəli qəfil yerə yıxılıb. Altı rahib dağıntılar altında qalıb. Bir nəfəri xilas etmək mümkün olmayıb, qalanları yaralanıb.
Yerli sakinlərin sözlərinə görə, heykəl şər ruhların təsirindən dağılıb. Onlar iddia edirlər ki, Budda heykəlinin tikintisi zamanı bir neçə qəza baş verib.